Medianews.az
ABŞ daha bir rus tankerini ələ keçirdi
139 baxış

ABŞ daha bir rus tankerini ələ keçirdi

ABŞ Rusiyanın “kölgə donanması”-na daxil olan daha bir tankeri ələ keçirdiyini elan edib.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem özünün “X” hesabında məlumat yayıb.

Məlumata görə “Sofia” adlı tanker Karib hövzəsi sularında ələ keçirilib.

Nazir bildirib ki, saxlanılan gəmilər — Bella I (Marinera) motorlu tankeri və Sofia motorlu tankeri — ya Venesuelada sonuncu dəfə olub, ya da oraya gedən istiqamətdə hərəkət edib.

“Qaça bilərsiniz, amma gizlənə bilməzsiniz”,- nazir xəbərdarlıq edib.

Bizə qoşulun