2025-ci ilin dekabr ayında qlobal bazarlarda balığın qiymətləri son iki ilin ən yüksək həddinə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatda qeyd olunub.
Məlumata əsasən, dekabr ayında balığın bir tonunun orta qiyməti əvvəlki ayla müqayisədə 1,6 faiz artaraq 1 823,56 ABŞ dolları təşkil edib. Bununla da göstərici 2023-cü ilin dekabrından bu yana ən yüksək səviyyəyə yüksəlib. Həmin dövrdə balığın bir tonunun qiyməti 1 847,44 dollar olmuşdu.