Sabah Bakının iki rayonunda qaz olmayacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nizami rayonunda isə yeraltı orta təzyiqli xətdə sızmanın ləğv olunması məqsədi ilə sabah saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.