Medianews.az
"Kəpəz" ilk
203 baxış

"Kəpəz" ilk transferini etdi

"Kəpəz" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Veysəl Rzayevi transfer edib. V.Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını "Turan Tovuz"da keçirib. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. V.Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.

Bizə qoşulun