PSJ və “Bayern”in sabiq müdafiəçisi Xuan Bernatın yeni klubu müəyyənləşib.
Trend xəbər verir ki, ispaniyalı futbolçu karyerasını La Liqa 2-də davam etdirəcək.
Bernat “Eybar”la anlaşıb.
32 yaşlı sol cinah müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Xuan Bernatın son klubu “Xetafe” olub.