Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.
Lent.az xəbər verir ki, polis adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlayıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.
