Medianews.az
Qulaqlarınızın forması haqqınızda
63 baxış

Qulaqlarınızın forması haqqınızda nə deyir?

Qulaq formasının unikal quruluşu insan və onun keçmişi haqqında çox şey deyə bilər.

Lent.az xəbər verir ki, əgər qulaqların forması və proporsiyaları simmetrik və düzgündürsə, bu, həmin şəxsin uşaqlıqda xoşbəxt olduğunu göstərə bilər.

Əgər qulaqların yuxarı xətti qaş xəttindən yuxarıda və ya onunla eyni səviyyədədirsə, bu, həmin şəxsin intellektual cəhətdən istedadlı olduğunu göstərə bilər. Uzun qulaq forması isə insanın müdrikliyindən xəbər verir.

Böyük qulaqlar musiqi istedadına işarə edir, kiçik qulaqlar isə qarşıdakı insanın həssas, lakin eyni zamanda iddialı olduğunu göstərir.

İnadkar və məqsədyönlü insanlar adətən kvadrat formalı qulaq memeciklərinə sahib olurlar. Əgər qulaqlar başa sıx yapışıbsa, bu, həmin şəxsin təmkinli və ehtiyatlı olduğunu göstərə bilər.

Bizə qoşulun