Medianews.az
Qleb:
81 baxış

Qleb: "Messi əfsanədir"

“Barselona”nın sabiq futbolçusu Aleksandr Qleb Argentina millisinin lideri Lionel Messinin dünya çempionatlarında vurduğu qollarla bağlı yeni rekordunu şərh edib.

Medıanews.az-ın məlumatına görə, Qleb bildirib ki, 38 yaşında belə yüksək səviyyədə çıxış edən Messinin rekordlar qırması təəccüblü deyil: “Messi onsuz da futbol tarixinin ən əfsanəvi və ən yaxşı oyunçusudur. Onun bu yaşda da rekordlar yeniləməsi məni təəccübləndirmir. Avstriya ilə oyunda iki qol vurdu, hətta dörd qol da vura bilərdi. Sadəcə möhtəşəmdir”.

Sabiq yarımmüdafiəçi azarkeşləri Messinin oyunlarından həzz almağa çağırıb: “O da karyerasını yaxın illərdə başa vuracaq. Buna görə də onun oyunlarını izləmək və bu anların dəyərini bilmək lazımdır”.

Qleb həmçinin Lionel Messi ilə Kriştiano Ronaldonun müqayisəsinə də münasibət bildirib: “Mən onları müqayisə etməzdim. Hər ikisi futbol tarixinin ən böyük və ən istedadlı oyunçularındandır. Messi isə ən böyüyüdür”.

Medıanews.az

Bizə qoşulun