Medianews.az
Qəzaya düşən məşhur aktrisanın son durumu -
297 baxış

Qəzaya düşən məşhur aktrisanın son durumu - VİDEO

Bu səhər İstanbulun Beykoz bölgəsində məşhur aktrisa Özgü Namal və uşaqlarını daşıyan avtomobil Poyrazköy yolunda qəzaya düşüb.

Medianews.az xəbər verir ki, hadisə zamanı aktrisa yüngül xəsarətlər alıb, uşaqları isə sağ-salamat xilas olublar.

Qəza yerinə dərhal təcili yardım çağırılıb və Özgü Namal uşaqları ilə birlikdə Kavacıkdakı özəl xəstəxanaya aparılıb. Həkim müayinələrindən və testlərdən keçdikdən sonra aktrisa evə buraxılıb.

Xəstəxanadan çıxdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Özgü Namal hadisə ilə bağlı bunları deyib:

“İfadələrimizi verdik, Allaha şükür ki, yaxşıyıq. Hamımız yaxşıyıq. Qəzanın necə baş verdiyini sonra öyrənərsiniz”.

Məlumata görə, aktrisanın səhhəti yaxşıdır və yaxın günlərdə çəkilişlərə qayıdacağı gözlənilir.

Medianews.az

Bizə qoşulun