Medianews.az
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
145 baxış

Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı

Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb.

Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Bildirilib ki, o, bu il noyabrın 24-də Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Bizə qoşulun

DAHA ÇOX OXU

AZAL-ın təyyarəsinin istintaqı başa çatıb -

AZAL-ın təyyarəsinin istintaqı başa çatıb - BastrıkinProfessor İlham Rəhimov Moskvadakı beynəlxalq konfransda təyyarə qəzasının istintaqı ilə bağlı sual qaldırdı Bu gün Moskvada Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin sədrliyi ilə Beynəlxalq Kriminalistlər Birliyinin konfransı keçirilib. Tədbirə Beynəlxalq Kriminalistlər Birliyinin Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov da Zoom proqramı vasitəsilə qoşulub. Musavat.com news24.az-a istinadən xəbər verir ki, konfransın yekununda professor İlham Rəhimov dekabrın 25-də Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin istintaqı ilə bağlı Rusiya İstintaq Komitəsinin sədrinə sualla müraciət edib. İlham Rəhimov baş verən faciənin Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaratdığını qeyd edərək Bastrıkindən istintaqın gedişi barədə ətraflı məlumat verməsini xahiş edib. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəli mütəxəssislərinin cəlb olunduğunu bildirib. O, daha sonra məlumat verib ki, faciənin bütün səbəb və şəraitinin müəyyən edilməsi üçün kompleks istintaq tədbirləri artıq başa çatıb: “Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.” Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

17.11.2025, 17:05