Medianews.az
“Qəbələ”dən növbəti
93 baxış

“Qəbələ”dən növbəti transfer

“Qəbələ” növbəti transferini reallaşdırıb.

Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.

24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edb.

Bizə qoşulun