Medianews.az
Lukaşenkodan Ermənistan
128 baxış

Lukaşenkodan Ermənistan XƏBƏRDARLIĞI

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və həssas olmalıdır”.

Medianews.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bilirsiniz ki, Ermənistan KTMT-nin işlərində iştirak etmir, amma hələ də təşkilatın üzvü olaraq qalır. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Bu baxımdan Ermənistanda vəziyyət mürəkkəbdir, xüsusilə seçkiqabağı dövrdə. Vəziyyət çox mürəkkəbdir. Odur ki, Ermənistana münasibətdə çox diqqətli və ayıq-sayıq olmalıyıq”, - o qeyd edib.//Bakıvaxtı.az

Bizə qoşulun