ABŞ-də tarixi daxmada keçirilən toy mərasimində döşəmənin qəfil çöküb və təxminən 70 qonaq çuxura düşüb.
Medianews.az xəbər verir ki, hadisə Nyu-Hempşir ştatında baş verib.
Hadisə zamanı içəridə 140-dan çox insanın olduğu bildirilir. Nəticədə yaranan çuxura düşənlərdən bəziləri özləri çıxa bilsə də, digərləri xilasedicilər tərəfindən xilas edilib.
İlkin məlumata görə, qonaqların əksəriyyəti yüngül xəsarət alıb, 6 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi kimi tikilinin köhnə olması və həddindən artıq yüklənmə göstərilir.
Medianews.az