Medianews.az
"Qarabağ" daha bir futbolçu ilə anlaşdı -
169 baxış

"Qarabağ" daha bir futbolçu ilə anlaşdı - FOTO

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Medianews.az İdmanxeber.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın "Pari" klubunda çıxış edən Renaldo Çepasın transferi ilə bağlı qarşı tərəflə razılıq əldə edib. Bildirilir ki, transferin dəyəri 1 milyon dollar təşkil edir.

Müqavilədə əlavə olaraq 200 min dollar məbləğində bonusların da yer aldığı qeyd olunur.

Yamaykalı vinger ötən mövsüm Rusiyada 29 oyunda forma geyinib və 1 qol vurub, 3 assist edib.

Qeyd olunur ki, klublar artıq transferin son detalları üzərində razılığa gəliblər və keçidin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

26 yaşlı futbolçu karyerası ərzində "Şkupi", "Ankaragücü" kimi klubların formasını geyinib.

Qarabağ daha bir futbolçu ilə anlaşdı - FOTO

Bizə qoşulun