Medianews.az
Diz çöküb evlilik təklif edənlər həbs olunacaq? –
225 baxış

Diz çöküb evlilik təklif edənlər həbs olunacaq? – Nazirdən qalmaqallı AÇIQLAMA

Uqandanın müdafiə naziri Muhuzi Kainerucaba qadına evlilik təklifi edərkən diz çökən kişiləri həbs etməklə hədələyib.

Medianews.az xəbər verir ki, nazirin sözlərinə görə, qadının qarşısında diz çöküb evlilik təklif etmək Afrika mədəniyyətinə yad ənənədir.

Qeyd edək ki, Muhuzi Uqanda prezidentinin böyük oğludur. O, əvvəllər də qeyri-adi və mübahisəli açıqlamaları ilə diqqət çəkib.

Nazir son çıxışında bu hərəkətin hansı konkret qanunla cəzalandırılacağını açıqlamayıb. Buna baxmayaraq, onun sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müzakirə iştirakçıları əsasən iki düşərgəyə bölünüblər: bəziləri yerli ənənələrin qorunmasını dəstəkləyir, digərləri isə bu cür təhdidləri absurd və şəxsi azadlığa müdaxilə kimi qiymətləndirirlər.

Medianews.az

Bizə qoşulun