Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko İttifaq Dövləti Şurasının iclasında iştirak edəcəklər.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, onlar beynəlxalq məsələləri müzakirə edə bilərlər, lakin ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan “Sülh Şurası”nın gündəliyi prioritet olmayacaq.
"Bu məsələ gündəmdə əsas yer tutmur. Təbii ki, prezidentlər cari beynəlxalq məsələləri müzakirə etmək imkanına malik olacaqlar. Bu mövzunun nə vaxtsa qaldırılacağını istisna etmək olmaz", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.