Rusiya prezidenti Vladimir Putin Çinə rəsmi səfəri zamanı 25 il əvvəl qucağına aldığı çinli mühəndis Pen Pay ilə görüşüb.
Medianews.az xəbər verir ki, hadisə 2000-ci ildə Putinin ilk prezidentlik dövründə Pekindəki Beihai Park parkında baş verib.
O zaman 9 yaşlı Pen Pay prezidentə əl yelləyib və Putin onu qucağına alaraq alnından öpüb.
Mühəndis daha sonra bu görüşün onun həyatına və gələcək karyerasına təsir etdiyini bildirib. 25 il sonra baş tutan yeni görüş isə media tərəfindən maraqla qarşılanıb.
Medianews.az