Beynəlxalq Valyuta Fondu (BVF) bir sıra ölkələrin, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin 2026 və 2030-cu illər üzrə ÜDM-in real artımı proqnozunu açıqlayıb.

İqtisadçı ekspert Samir Əliyevin Medianews.az-a bildirdiyinə görə, proqnoz neft ixrac edən ölkələrdə ÜDM-in real artım tempinin neft idxal edən ölkələrdən geri qaldığını göstərir: “Bu fərq getdikcə daha da artacaq. BVF-yə görə, gələn il Azərbaycan, Qazaxıstan və Tükmənistanda ÜDM-in real artım tempi uyğun olaraq 2,5%, 4,8% və 2,3% olacaq.
Neft idxal edən ölkələr arasında ən yüksək göstərici Özbəkistanda (6%) olacaq. Tacikistanda 5,5%, Gürcüstan və Qırğızıstanda 5,3%, Ermənistanda 4,9% artım proqnozlaşdırılır.
2030-cu ildə bu göstəricilər bəzi ölkələrdə sabit qalacaq, əksəriyyətində azalacaq. Belə ki, Azərbaycan, Qırğızıstan və Türmənistanda bu göstərici sabit qalsa da, Qazaxıstanda 3,4%-ə, Ermənistanda 4,5%-ə, Gürcüstanda 5%-ə, Tacikistanda 4,5%-ə, Özbəkistanda 5.7%-ə düşəcək.
Qısası, neft idxal edən ölkələr ÜDM-in artım tempinə görə neft ixrac edən ölkələri üstələyəcək”.
