Medianews.az
Prezidentin ayırdığı 85 milyon manatın nə qədəri Bakıda və rayonlarda evlərə xərclənəcək?
62 baxış

Prezidentin ayırdığı 85 milyon manatın nə qədəri Bakıda və rayonlarda evlərə xərclənəcək?

Aprelin 28-də Prezident İlham Əliyev bu ilin mart-aprel aylarında güclü leysan yağışlarının, sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün aparılan işlərin davam etdirilməsi məqsədilə 85 milyon 869 min 260 manat vəsait ayrılmasına sərəncam verib.

Bu vəsaitin nə qədər hissəsi fərdi yaşayış evlərinin tikintisinə, təmir-bərpasına, sökülən evə, yaxud yararsız hala düşən əşyalara görə maddi yardım verilməsinə, kirayə haqlarının ödənilməsinə xərclənəcək?

Medianews.az suala cavab tapmaq üçün sərəncama əlavə edilmiş “Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”na nəzər salıb.

Dövlət başçısı fərdi yaşayış evlərinə aid işləri Fövqəladə Hallar Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.

85 milyon 869 min 260 manatın 8 milyon 876 min 210 manatı Fövqəladə Hallar Nazirliyinə ayrılıb.

Nazirlik bu vəsaitlə Bakıda bir ev tikməli, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Quba, Xızı rayonlarında isə bir sıra evlərin yenidən tikilməsini həyata keçirməlidir. Bundan başqa Fövqəladə Hallar Nazirliyi həmin vəsait çərçivəsində Bakının Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında istinad divarları da tikməlidir.

Fövqəladə Hallar Nazirliyinin fərdi yaşayış evləri ilə bağlı aparmalı olduğu işlərin siyahısı belədir:

Bakı şəhəri:

- Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ozan küçəsi 167, ev 112A ünvanında fərdi yaşayış evinin tikintisi

Xaçmaz rayonu:

- Xaçmaz şəhərində Koroğlu küçəsi 18 və Y.Şabanov küçəsi 9 ünvanlarında fərdi yaşayış evlərinin yenidən tikilməsi

- Ləcət kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

- Cığatay kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

- Tel kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Uzunoba kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

- İstisu qəsəbəsində 3 fərdi yaşayış evinin yenidən tikilməsi

- Xudat şəhərində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

- Yalama kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

- Xanoba kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Xuray kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

Qusar rayonu:

- Aşağı Ləgər kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

- Əniq kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Quxuroba kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

Şabran rayonu:

- Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 47 ünvanında fərdi yaşayış evinin tikintisi

- Xırdaoymaq kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Borbor kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Surra kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Söhbətli kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Çölquşçu kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

Siyəzən rayonu:

- Siyəzən şəhəri, Seyfəddin Dağlı küçəsi 64, Xətai küçəsi 86 və Füzuli küçəsi 15 ünvanlarında fərdi yaşayış evlərinin yenidən tikilməsi

- Balaca Həmyə kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

Quba rayonu:

- Quba şəhəri, H.Hüseynov küçəsi 19 ünvanında fərdi yaşayış evinin yenidən tikilməsi

- Tülər kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Kələbağ kəndində 2 fərdi yaşayış evinin yenidən tikilməsi

- Vladimirovka kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Kunxırt kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Raziyələr kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Susay kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Qaraçay qəsəbəsində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Qalayxudat kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Xaspolad kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- İspik kəndində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

- Gənclər qəsəbəsində 1 fərdi yaşayış evinin yenidən tikilməsi

Xızı rayonu:

- Sitalçay kəndində 5 fərdi yaşayış evinin yenidən tikilməsi.

Dövlət başçısının sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat ayrılıb.

Bakı Şəhər İcra Hakimiyyəti bu vəsaitlə paytaxtın Keşlə qəsəbəsində çirkab suların təsirinə məruz qalmış fərdi yaşayış evlərinin təmir-bərpasını və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsini, həmin evlərin sakinlərinə kirayə haqlarının ödənilməsini həyata keçirməli, eyni zamanda qəsəbədə sökülmüş evin sakinlərinə birdəfəlik maddi yardım ödəməlidir.

Keşlə qəsəbəsindəki işlər bu ünvanlar üzrə həyata keçiriləcək:

- M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsi (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsi (bank xərcləri daxil olmaqla)

- R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödənilməsi.

Medianews.az

Bizə qoşulun