Medianews.az
 Pollak: Etirazları dəstəkləsək,
66 baxış

Pollak: Etirazları dəstəkləsək, rejim dəyişə bilər

“Amerika Birləşmiş Ştatları İrana qarşı lazımi addımlar ataraq rejim dəyişikliyinə təsir göstərə bilər”.

Medianews.az xəbər verir ki, bu fikri ABŞ-nin siyasi analitiki Kennet Pollak “Foreign Affairs” üçün yazdığı məqaləsində bildirib.

"ABŞ bu dəfə üsyanın inqilaba çevrilmə ehtimalını artıracaq addımlar ata bilər. Onlar küçələrə çıxan iranlılara birbaşa hava dəstəyi verə, onları dayandırmağa çalışan rejim qüvvələrini hədəfə ala bilərlər. Rejim dəyişikliyi həmişə riskli bir iş olacaq. Lakin Vaşinqton öz kartlarını düzgün oynasa, qələbə şansını artıracaq", - deyə ekspert qeyd edib.

Analitik həmçinin vurğulayıb ki, potensial uğur heç də rejim dəyişiminə zəmanət vermir. Əgər etirazlar baş tutsa belə, xalqın hakimiyyəti devirməsi dəqiq deyil. Əksinə, əgər ABŞ planında uğursuzluğa düçar olarsa, mövcud rejimin yerinə “daha qəzəbli və intiqamçı” bir rejim gələ bilər.

Pollak məqaləsində qeyd edir ki, ABŞ düzgün strategiya ilə hərəkət etsə, etirazların uğur şansını artıra bilər, amma nəticə hələ də qeyri-müəyyəndir.

Medianews.az

Bizə qoşulun