Medianews.az
Pərəstu Əhmədiyə
84 baxış

Pərəstu Əhmədiyə şallaq cəzası verildi

İranda müğənni Pərəstu Əhmədi və onun təşkil etdiyi "Karvansara" adlı virtual konsertin iştirakçıları məhkəmə qərarı ilə cəzalandırılıb.

Məlumata görə, Qum əyalətinin Cinayət Məhkəməsi ümumilikdə 9 nəfəri "ictimai əxlaqa zidd məzmun yaymaq"da təqsirli bilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərə 74 şallaq zərbəsi, 2 il ölkədən çıxış qadağası və 2 il sənət fəaliyyəti ilə məşğul olmaq qadağası tətbiq olunub.

Məhkəmə onların "virtual məkanda əxlaqa zidd və qeyri-etik məzmun yayaraq ictimai iffətə zərər vurduğunu" bildirib.

"Karvansara" adlı virtual konsertin videosu 2024-cü ilin dekabrında Pərəstu Əhmədinin YouTube kanalında yayımlanmış və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Bizə qoşulun