“Real” yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
Medianews.az Publika.az- ya istinadən xəbər verir ki, Madrid klubu “Bayern”in vingeri Maykl Olise ilə maraqlanır.
“Los Blankos”un prezidenti Florentino Peres fransalı futbolçunu yüksək qiymətləndirir və onun transferi üçün 160 milyon avro təklif etməyə hazırdır. Bununla belə, “Bayern” rəhbərliyi Oliseni satmağı planlaşdırmır.
Fransalı futbolçu Münhen klubunda ikinci mövsümünü keçirir. Bu müddətdə Maykl Olise 93 oyunda iştirak edib, 35 qol vurub və komanda yoldaşlarına 50 məhsuldar ötürmə edib.