Taylandda oğru qarət edən evdən qaçarkən ölüb.
Medianews.az xəbər verir ki, hadisə dekabrın 23-də Çaçoenqsao əyalətinin Banqpakonq rayonunda baş verib.
Evin sahibi olan qadın, qızı və nəvəsi üçüncü mərtəbədə idilər. Onlar şübhəli bir səs eşidib dərhal polisə zəng ediblər. Qısa müddət sonra şüşələrin sınması səsi eşidilib.
Polis əməkdaşları hadisə yerində soyğunçuluq əlamətləri, ikinci mərtəbəyə səpələnmiş qiymətli əşyalar, qan izləri və şüşə qırıntıları aşkar ediblər. Evdən təxminən 300 metr aralıda ağır kəsiklər alan bir kişi tapılıb. O, ağır qanaxma ilə xəstəxanaya aparılıb. Həkimlər oğrunu xilas edə bilməyiblər.
Cinayətkarın şəxsiyyəti hələ müəyyən edilməyib. Polis həmçinin onun başqa biriləri ilə əlbir olub-olmadığını müəyyən etməyə çalışır. İstintaq davam edir.
Medianews.az