Medianews.az
“Patent haqqında” qanuna
67 baxış

“Patent haqqında” qanuna dəyişikliklər edildi

Milli Məclisin plenar iclasında “Patent haqqında” qanuna dəyişikliklər müzakirə edillib.

Musavat.com bildirir ki, layihə barədə deputat Anar İsgəndərov məlumat verib.

Qanuna edilən dəyişikliyə görə, patent prosedurlarını beynəlxalq qaydalara uyğunlaşdırır. Yeni qanun layihəsinə əsasən, patent verilməyən obyektlər genişləndirilir. Belə ki, insanın klonlaşdırılması üsulları və klonu, rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadəsi patent obyekti kimi qəbul edilmir.

Dəyişikliyə əsasən, ixtira genetik ehtiyatlara əsaslanırsa, iddiaçı mənşə ölkəsi və ya mənbə barədə məlumat verməlidir.

Qanun layihəsində sənaye nümunələrində yeni məhdudiyyətlər gətirilir. Belə ki, istehlakçını yanılda bilən bədii-konstruktiv həllərə (istehsalçı, mənşə, tara/etiket və s. barədə yanlış təsəvvür yaradan) yalnız müstəsna hüquq sahibinin müraciəti istisna olmaqla mühafizə verilmir; dövlət rəmzləri, beynəlxalq təşkilatların rəmzləri, rəsmi nişanlar, habelə razılıq olmadan başqa dövlətə məxsus mədəni (etnik/dini) irs obyektlərinin ad/təsvirləri sənaye nümunəsi kimi qorunmur.

İxtira və faydalı modellərdə dərc əsasən 18 ay, sənaye nümunələrində 6 ay kimi göstərilir; müəyyən hallarda patentin dərcilə eyni vaxtda iddia sənədinin dərci də mümkündür.

Bizə qoşulun