11 il əvvəl Malayziyanın paytaxtından Pekinə uçan Malayziya Hava Yollarına məxsus təyyarənin axtarışı bəlpa olunub.
Medianews.az xəbər verir ki, bu barədə Amerikanın "Ocean Infinity" şirkəti bildirib.
Axtarış Malayziya hökumətinin dəstəyi ilə aparılır. Axtarışın əhəmiyyəti və həssaslığı səbəbindən bu məsələ ilə bağlı rəsmi məlumatlar Malayziya hakimiyyət orqanlarından gələcək.
Qeyd edək ki, 8 mart 2014-cü ildə MH370 reysi ilə uçan təyyarə Cənubi Çin dənizi üzərində havaya qalxdıqdan 40 dəqiqə sonra yoxa çıxıb.
Təyyarədə 239 nəfər olub. Qəzanın səbəbi məlum deyil. Bir fərziyyəyə görə, təyyarə cənubi Hind okeanında qəzaya uğrayıb. Bütün sərnişinlər və heyət üzvləri rəsmi olaraq ölü kimi qeydə alınıb.
Medianews.az