Medianews.az
Həbsdəki azərbaycanlı vəkildən
85 baxış

Həbsdəki azərbaycanlı vəkildən SON XƏBƏRLƏR

“Azərbaycanlı vəkil Elman Paşayev qarşıdan gələn Yeni ili 7 aydan artıqdır ki, saxlandığı Donetsk istintaq təcridxanasında qeyd edəcək”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın ŞHOT Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, Donetsk 1 saylı İstintaq Təcridxanasında artıq bayram hazırlıqlarına başlanılıb. Məhbuslar Yeni il süfrəsini özləri təcridxanada hazırlayacaq. Bayram proqramına Yeni il filmləri və “Mavi işıq” proqramı daxildir. Məhkumlar ümid edirlər ki, il dəyişəndə təcridxana rəhbərliyi onlara stəkanlarındakı limonadla Yeni il arzusu tutmağa icazə veriləcək. ŞHOT-un məlumatına görə, azərbaycanlı vəkil boş vaxtlarında kitab oxuyur, stolüstü oyunlar oynayır, müntəzəm gəzintilər edir və səhhəti yaxşıdır.

Paşayevin vəkili bildirib ki, onun 45 milyon rubldan artıq dələduzluq işi üzrə məhkəmə prosesi bir-iki il davam edə bilər və onun müvəkkili bütün bu müddəti Donetsk istintaq təcridxanasında olacaq. Paşayev əvvəllər xüsusi təyinatlı hərbi zonaya yerləşdirilməsi ilə bağlı vəsatət qaldırıb, lakin məhkəmə onun vəsatətini təmin etməyib. Onu 10 ilə qədər həbs gözləyir.

Paşayevi tanıyanlar onun cəbhə xəttinə qayıtmasını üç dəfə xahiş ediblər.

Xatırladaq ki, Elman Paşayev 2024-cü ilin sentyabrında təxminən 45 milyon rubl məbləğində dələduzluqla bağlı cinayət işi üzrə Moskvada saxlanılıb. Müstəntiqlərin sözlərinə görə, tanınmış vəkil Blinovski ailəsinin nümayəndələrinə cinayət təqibindən yayınmağa kömək edəcəyinə söz verib. Sonradan məlum oldu ki, onun özü də xeyli borc bataqlığında qalıb. Sentyabrın ortalarında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaq zamanı məlum olub ki, N.Paşayev cəbhədə xidmət edən hərbçilərin pul mükafatı üçün arxa eşelon bölmələrinə köçürülməsini təşkil etməyi təklif edib. O, ittiham qəbul etmir. Nəhayət, Paşayev cəbhəyə qayıtması üçün məhkəməyə vəsatət qaldırıb.

Elman Paşayev 22 dekabr 1971-ci ildə Şişqaya kəndində doğulsa da, sonralar ailəsi ilə birlikdə Şəki şəhərinin Şəki kəndinə köçmüş, orta məktəbi də həmin kənddə bitirib.

8-ci sinifdə oxuyarkən, valideynləri və qardaşını avtomobil qəzasında itirib. Həyatının yoxsulluq və çətinlikərlə dolu dövrü başlayıb. Çox istəsə də ali təhsil ala bilmir və 1989-1991-ci illərdə Odessa və Pridnestrovya vilayətində hərbi xidmət keçdikdən sonra bir müddət Bakıda hüquq-mühafizə orqanlarında çalışır. Elmə olan həvəsi onu 1997-ci ildə təhsilini davam etdirmək üçün Moskva şəhərinə gətirir, burada əvvəl Moskva Hüquq İnstitutu, Moskva (indiki Kutafin adına) Dövlət Hüquq Akademiyasını, sonra həmin akademiyanın aspirantura pilləsini bitirib.

Elman Məhərrəm oğlu Paşayev 22 dekabr 1971-ci ildə Şişqaya kəndində doğulsa da, sonralar ailəsi ilə birlikdə Şəki şəhərinin Şəki kəndinə köçmüş, orta məktəbi də həmin kənddə bitirmişdir.

2003-cü ildən hüquqşünas kimi fəaliyyətə başlayan Elman Paşayevin çox çətin və qalmaqallı məhkəmə proseslərində qazandığı uğurlar ona MDB məkanında, Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında və dünyanın başqa inkişaf etmiş aparıcı dövlətlərində böyük şöhrət qazandırır. 15 ildən artıq beynəlxalq səviyyədə vəkillik fəaliyyəti ilə məşğul olan Elman Paşayev yaşadığı Moskva şəhərində Rusiya Federasiyasının ən ali orden və mükafatlarına layiq görülüb.

Bizə qoşulun