Medianews.az
Bankomatı oğurlamaq istədilər, mağaza dağıldı  –
553 baxış

Bankomatı oğurlamaq istədilər, mağaza dağıldı – ANBAAN VİDEO

ABŞ-də iki şəxsin avtomobillə bankomat oğurlamaq cəhdi mağazanın dağılmasına səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə Texas ştatının Uayt Settlement şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 7-Eleven mağazasına baş verib.

Cinayətkarlar əvvəlcə bir avtomobili oğurlayıblar sonra onunla mağazaya gəliblər. Onlar məkanın qapısını sındırıblar, bankomatı trosla maşına bağlayıblar və maşını bərk sürüblər.

Tros bankomatın ağırlığına tab gətirmədiyi üçün qırılıb. Nəticədə bankomat demək olar ki, bütün mağazanı: rəfləri, pəncərələri və qapıları sıradan çıxarıb.

Oğrular geri qayıtmayıblar.

Heç kim xəsarət almayıb, lakin mağazaya ciddi maddi ziyan dəyib.

Medianews.az

Bizə qoşulun