Bakı şəhərində yerləşən qadın mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb.
Məlumata görə, qadın mağaza işçilərinin diqqətini başqa istiqamətə yönəldərək kassada olan mobil telefonu götürüb.
Hadisə anı mağazanın təhlükəsizlik kameraları tərəfindən tam şəkildə lentə alınıb.
Qeyd edək ki, baş verən olayla bağlı müvafiq araşdırmalar aparılır./Milli.az/