Medianews.az
Bakıda 45 yaşlı kişi öldürüldü -
88 baxış

Bakıda 45 yaşlı kişi öldürüldü - Saxlanılan var

Dekabrın 26-sı saat 03 radələrində Xətai rayonu NZS qəsəbəsində qətl törədilib.

1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Bizə qoşulun