Medianews.az
Pələng hasardan qadına
190 baxış

Pələng hasardan qadına hücum etdi – VİDEO

Meksikada pələng qəfildən baytara hücum edib.

Medianews.az xəbər verir ki, hadisə Camino Real del Tigre zooparkında baş verib.

Alejandra Mora məftil hasarın arxasında saxlanılan yırtıcıya adi baxış keçirməyə hazırlaşarkən ona hücum edib. Pələng caynaqları ilə onun paltarından tutub və qurbanı hasara yaxınlaşdırmağa çalışıb.

Bir həmkarı baytarın köməyinə qaçıb. Pələngin caynaqlarını Moranın paltosundan çıxardı və o, qaça bildi. Həmin anlar videoya çəkilib.

Qadın daha sonra yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, yırtıcı paltosunun kamuflyaj kimi stilizə edilmiş rəngini bəyənib və sadəcə oynamaq qərarına gəlib.

Medianews.az

Bizə qoşulun