Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən təşviqat kampaniyası zamanı Çiçəklənən Ermənistan Partiyasından (ÇEP) parlament deputatlığına namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.
Medianews.az xəbər verir ki, Paşinyan Tevanyana qarşı cinayət işinin başlanacağını bildirib.
“Bilirsiniz ki, ÇEP siyahısında Andranik Tevanyan adlı 2 nömrəli namizəd var. Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə cinayət barədə məlumat göndərəcək. Tevanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanmasını gözləyirik”, - baş nazir vurğulayıb.
Paşinyan həmçinin Ermənistanda fəaliyyət göstərən casus şəbəkəsinin mövcud olduğunu iddia edib və hakimiyyətin onunla mübarizə aparacağını bildirib. (Axar.az)