Medianews.az
“Övladım, ağıllı ol!” –
52 baxış
Yüklə

“Övladım, ağıllı ol!” – Elnarə Abdullayeva canlı efirdə əsəbiləşdi

Elnarə Abdullayeva ünvanına səsləndirilən tənqidə münasibət bildirib.

Əməkdar artist son günlər sosial şəbəkələrdə açıq-saçıq fotolar paylaşan xanımlara irad tutduğu üçün müzakirə obyektinə çevrilib.

Onu tənqid edənlər arasında modelyer Aynur Xəlilova da yer alıb. O, paylaşımında Mədəniyyət Nazirliyə müraciətlə "ən əxlaqlı, namuslu ailə həyatı, ərinin arvadı" üçün orden təsis etməyi xahiş edəcəyini yazıb.

Elnarə Abdullayeva “İncə Səhər” verilişində səsləndirilən fikirlərə cavab verib. Müğənni tənqidçilərinə səslənərək bildirib ki, danışmazdan əvvəl kim haqqında fikir söylədiklərinə diqqət etsinlər:

“Övladım, ağıllı ol. Danışmazdan əvvəl görün kim haqqında danışırsınız. mən respublikanın Əməkdar artistiyəm”.

Qeyd edək ki, məsələ sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir./Yeni Sabah

Bizə qoşulun