Medianews.az
Orbanın təyin etdiyi kuklaları uzaqlaşdıracağıq -
107 baxış

Orbanın təyin etdiyi kuklaları uzaqlaşdıracağıq - Magyar

Tamas Sulyok könüllü olaraq vəzifəsindən ayrılmalıdır.

Bunu Macarıstanda parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyar Macarıstan Prezidenti Tamas Sulyok ilə görüşündən sonra deyib.

“Əgər könüllü olaraq getməsə, seçicilərin bizə verdiyi mandatdan istifadə edəcəyik. Konstitusiya dəyişiklikləri və zəruri hüquqi dəyişikliklər vasitəsilə onu vəzifəsindən uzaqlaşdıracağıq.

Onu və Orban sistemi tərəfindən təyin edilmiş bütün digər kuklaları kənarlaşdıracağıq”, - Magyar bildirib.

Qeyd edək ki, 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın koalisiyası məğlub olub./axar.az

Bizə qoşulun