Medianews.az
Onun yaratdığı obraz sağlam yumorun rəmzi idi
272 baxış

Onun yaratdığı obraz sağlam yumorun rəmzi idi

“Səhərimiz acı xəbərlə açıldı... Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, istedadlı aktyor Yadigar Muradov vəfat edib. Onun yaratdığı Aşıq Yediyar obrazı təkcə "Qulp"un yox, bir ölkənin sağlam yumorunun rəmzi idi”. Bu sözləri Medianews.az-a Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmli vurğulayıb ki, şəxsiyyəti, səmimiyyəti, bir aktyor kimi duruşu Yadigar Muradovu çox populyarlaşdırmışdı: “Allah rəhmət eləsin, ruhu şad olsun!”

Əməkdar artist Yadigar Muradov uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında Bakıda vəfat edib. Aşıq Yediyar obrazı Yadigar Muradovun vaxtilə “Qulp” televiziya proqramında yaratdığı məşhur obrazlardan biridir.

Medianews.az

Bizə qoşulun