Medianews.az
Onda futbolçularım hələ doğulmamışdılar -
83 baxış

Onda futbolçularım hələ doğulmamışdılar - Deşam “qisas” haqda

Fransa millisinin baş məşqçisi Didye Deşam Seneqal millisindən 2002-ci ildəki məğlubiyyətinin qisasını almaq ehtimalı ilə bağlı sualı cavablandırıb.

Həmin oyunda fransızlar 0:1 hesabı ilə məğlub olmuşdular.

Fransa DÇ-2026-nın açılış oyununda, 16 iyunda Seneqalla qarşılaşacaq.

FİFA-nın rəsmi saytında Deşamın sözləri sitat gətirilib: “O vaxt oyunçularım hələ doğulmamışdılar və bunu anlamaq üçün yetərincə yaşda deyildilər. İdmanda belə şey olmur. Bu tarixdir. Bu, yeni bir fəsildir. Seneqal Afrikanın aparıcı futbol ölkələrindən biridir”./publika.az

Bizə qoşulun