Medianews.az
"Ona nifrət edirəm" - Qana prezidentinin çıxışı gündəm oldu
67 baxış

"Ona nifrət edirəm" - Qana prezidentinin çıxışı gündəm oldu (VİDEO)

Qana prezidenti Con Mahama Uruqvaylı futbolçu Luis Suares haqqında səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, Mahama 2010-cu il Dünya Kubokunda baş verən və futbol tarixində uzun müddət müzakirə olunan hadisəni hələ də unutmadığını bildirib.

Prezident həmin oyuna istinad edərək Luis Suaresə qarşı mənfi hisslər bəslədiyini açıq şəkildə ifadə edib. O bildirib ki, həmin epizod Qananın tarixində ən ağrılı futbol anlarından biri kimi yadda qalıb.

O, Uruqvaylı futbolçu Luis Suaresə münasibətini gizlətməyərək, “Mən Luis Suaresə nifrət edirəm və ona heç bir yaxşılıq arzulamıram” sözlərini deyib.

Xatırladaq ki, 2010-cu il Dünya Kubokunda Uruqvay – Qana matçının son dəqiqələrində Luis Suares topu qapı xəttindən əli ilə çıxararaq Qananın qələbə qolunun qarşısını almışdı. Hakim Suaresə qırmızı vərəqə göstərmiş və Qanaya penalti verilmişdi. Lakin Qana millisi penaltini qaçırıb, oyun penaltilər seriyasına gedib və Uruqvay yarımfinala yüksəlib.

Həmin epizod Dünya Kuboku tarixinin ən dramatik və ən çox müzakirə olunan anlarından biri kimi futbol tarixinə düşüb.

Medianews.az

Gana Cumhurbaşkanı: Suarez'den nefret ediyorum ve ona hiçbir iyilik dilemiyorum

Bizə qoşulun