Medianews.az
“Neftçi”də 1+1 illik
97 baxış

“Neftçi”də 1+1 illik yeni müqavilə

“Neftçi”də hazırkı durumda bir gün iki günə hesablanır. Vaxt azalıb, iş çoxdur, hələ ki, yekun nəticə hasil olmur.

Xüsusən legionerlərin gətirilməsində ciddi problemlə üzləşən “ağ-qaralar” diqqəti həm də klubla müqavilə müddəti başa çatan futbolçularla danışıqlara yönəldib.

Paytaxt təmsilçisi sözləşməsinin müddəti sonlanan Emil Balayevlə yeni anlaşma əldə edib. Razılaşmaya əsasən, 32 yaşlı qapıçı qarşıdakı 2 ildə ağ-qara formanı geyinəcək. Müqavilənin müddəti 1+1 il nəzərdə tutulub. (sportinfo.az)

Bizə qoşulun