Sosial şəbəkələrdə narkotik asılılığından əziyyət çəkən bir ananın 1 yaşlı övladı ilə görüş anı böyük təəssürat yaradıb.
Medianews.az milli.az-a istinadən xəbər verir ki, kadrları aparıcı-bloqer Nail Kəmərli paylaşıb.
Məlumata görə, həmin ailə xalqın dəstəyi ilə toplanan maddi yardım sayəsində reabilitasiya mərkəzinə yerləşdirilib və ana müalicə almağa başlayıb. Balaca uşaq isə təhlükəsizliyi və sağlam böyüməsi üçün dövlət himayəsinə götürülüb.
Ana ilə uşağın illər sonra baş tutan emosional görüşü sosial şəbəkə istifadəçilərini kövrəldib və geniş müzakirələrə səbəb olub.