Moldova baş nazirliyinə namizəd Aleksandru Muntyanu hökumət üzvlərinin siyahısını açıqlayıb.
Medianews.az bildirir ki, kabinetdə 17 nəfərin adı yer alır: baş nazirin beş müavini (onların 3-ü həm də nazirdir), 12 nazir. Təqdim olunanların 4-ü qadındır.
Konstitusiyaya görə, prezident hökumət üzvlərini parlamentin xeyir-duasından sonra təyin edir.
Prezident Mayya Sandu Aleksandru Muntyanunu baş nazir vəzifəsinə oktyabrın 24-də namizəd göstərib.
Hökuməti parlamentdə mandatların yarıdan çoxuna sahib olan partiya qurur. Sentyabrın 28-də seçilmiş yeni parlamentdə prezidentə bağlı Hərəkət və Həmrəylik Partiyası 101 mandatın 55-nə sahibdir.
Toğrul Əli,
Medianews.az