Medianews.az
Misir millisi ilə ABŞ polisi arasında
92 baxış

Misir millisi ilə ABŞ polisi arasında dava düşdü - VİDEO

Misir millisi Dünya Çempionatının 1/16 finalında Avstraliya ilə qarşılaşmaq üçün gəldiyi Dallas şəhərində yerli polislə ciddi münaqişə yaşayıb.

Medianews.az xəbər verir ki, hadisə komandanın hotelə yerləşdiyi an baş verib. Bir qrup azarkeş futbolçulara onlara yaxınlaşmağa çalışıb. Bu zaman polislər azyaşlı bir uşağın futbolçularla şəkil çkdirməsinə icazə verməyib.

Polisin bu sərt davranışı Misir millisinin baş məşqçisi Hossam Hassanı qəzəbləndirib. Tərəflər arasında başlayan söz davası qısa müddətdə böyüyərək təhlükəsizlik əməkdaşları, məşqçilər heyəti və bəzi futbolçuların da qoşulduğu əlbəyaxa itələnşməyə çevrilib.

Yaranan gərginlikdən sonra baş məşqçi hadisə yerindən uzaqlaşdırılıb, azarkeşlərin isə komanda ilə görüşünə icazə verilməyib.

Medianews.az

Bizə qoşulun