Medianews.az
Messinin vida matçını korlamaq istəyir:
1,024 baxış

Messinin vida matçını korlamaq istəyir: "Festivala kölgə salmaq üçün buradayam"

Venesuela millisinin baş məşqçisi Fernando Batista DÇ-2026-nın seçmə mərhələsində Argentinaya qarşı keçiriləcək səfər oyunu ilə bağlı fikirlərini bölüşüb

Publika.az xəbər verir ki, o, xüsusilə rəqib komandanın lideri Lionel Messi haqda danışıb.

"Biz dünyanın ən yaxşı komandası ilə qarşılaşacağıq. Əvvəldən bilirdik ki, bu, Leonun Argentinada seçmə mərhələdəki son rəsmi oyunu ola bilər. Hər halda, təkcə onunla yox, həm də komandaya düzgün struktur qura bilən baş məşqçi Lionel Skaloni ilə üz-üzə gəlirik.

Mənim ideyam həmişə eynidir, rəqib qapısı barədə düşünmək. Yalnız müdafiə olunmaq uzunmüddətli perspektivdə nəticə vermir. Bilmirəm, neçə məşqçi artıq baş sındırıb ki, Messini necə dayandırsın. Biz də sınayacağıq. Mən buradayam ki, yaxşı mənada Messinin bu festivalına bir az da olsa kölgə salım. Biz bu hadisənin hər bir detalına hörmətlə yanaşırıq, amma əsas məqsədimiz birbaşa mundiala vəsiqə qazanmaq, ya da ən azı pley-off şansı əldə etməkdir".

Qeyd edək ki, Argentina – Venesuela oyunu sentyabrın 5-nə keçən gecə Buenos-Ayresdə baş tutacaq. 38 yaşlı Messi bu görüşün yığmadakı karyerasında sonuncu ev oyunu ola biləcəyini açıqlamışdı.

Bizə qoşulun