Medianews.az
Məşhur müğənni və anası gənc futbolçunun qətli ilə bağlı
79 baxış

Məşhur müğənni və anası gənc futbolçunun qətli ilə bağlı saxlanıldı

Türkiyədə tanınmış müğənni Aleyna Kalaycıoğlu və anası Zuhal Kalaycıoğlu gənc futbolçu Kubilay Kaan Kundakçının qətli ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar.

Genç futbolcu cinayetinde Aleyna'nın annesi de gözaltında! Suçlama hayli vahim

Medianews.az xəbər verir ki, hadisə İstanbulun Ümraniye rayonunda baş verib.

21 yaşlı Kubilay Kaan Kundakçı avtomobildə olduğu zaman açılan atəş nəticəsində həyatını itirib. İstintaq zamanı məlum olub ki, hücumun əsas hədəfi reper Vahap Canbay olub. Lakin atəş açılan zaman avtomobildə olan Kundakçı güllələrin hədəfi olub və hadisə nəticəsində həyatını itirib.

Kubilay Kaan Kundakçı

Jurnalist Emrullah Erdinçin verdiyi məlumata görə, hadisə zamanı müğənni Aleyna Kalaycıoğlunun da avtomobildə olduğu müəyyən edilib. Bu fakt ortaya çıxdıqdan sonra Aleyna Kalaycıoğlu və anası Zuhal Kalaycıoğluna qarşı “qəsdən adam öldürməyə təhrik etmə” ittihamı ilə istintaq başladılıb.

Hadisə zamanı silahdan istifadə edən şəxsin Alaattin Kadayıfçıoğlu olduğu müəyyən edilib. İddialara görə, Kadayıfçıoğlu hadisədən sonra xaricə qaçmağa hazırlaşarkən saxlanılıb və hücumda istifadə edildiyi güman edilən silah da polis tərəfindən götürülüb.

Genç futbolcu cinayetinde Aleyna'nın annesi de gözaltında! Suçlama hayli vahim

Qətl hadisəsi ilə bağlı ümumilikdə 8 nəfər saxlanılıb. Saxlanılanlar arasında Alaattin Kadayıfçıoğlu, Zuhal Kalaycıoğlu, eləcə də M.R. , H.C.A. , M.K. , E.T. , A.Ö.  və A.T.  də var. Şübhəlilərlə bağlı istintaq tədbirləri İstanbulun Gayrettepe bölgəsində davam etdirilir.

Faktla bağlı araşdırmalar davam edir və hadisənin bütün detalları istintaqın gedişində müəyyən ediləcək.

Medianews.az

Genç futbolcu cinayetinde Aleyna'nın annesi de gözaltında! Suçlama hayli vahim

Bizə qoşulun