Medianews.az
Məşhur aktrisadan həyat yoldaşı barədə maraqlı etiraf:
120 baxış

Məşhur aktrisadan həyat yoldaşı barədə maraqlı etiraf: "Bəzən özündən də qorxur”

Türkiyənin məşhur aktrisa Ebru Şahin həyat yoldaşı, Türkiyənin milli basketbolçu Cedi Osman haqqında səmimi açıqlamalar verib.

Medianews.az xəbər verir ki, o, bu barədə “İbrahim Səlim ilə bu gecə” verilişində danışıb.

Aktrisa bildirib ki, Osman təhlükəsizlik məsələlərində çox həssasdır və hər gecə yatmazdan əvvəl evdəki bütün qapı və pəncərələri bir-bir yoxlayıb kilidləyir. Ebru Şahinin sözlərinə görə, o bəzən hətta özündən də ehtiyat edir.

Ebru Şahin zarafatla qeyd edib ki, həyat yoldaşı az qala evdəki dolabları belə kilidləmək istəyir. Belə hallarda həyat yoldaşını sakitləşdirməyə çalışdığını və “Mən buradayam, qorxma” deyərək təsəlli verdiyini deyib.

Aktrisanın bu səmimi etirafları sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Medianews.az

Bizə qoşulun