Medianews.az
Məşhur aktrisa rəqs edərkən
72 baxış

Məşhur aktrisa rəqs edərkən elektrik naqillərinə çırpıldı - VİDEO

Meksikalı aktrisa, müğənni və keçmiş gözəllik kraliçası Ninel Konde karnavalda elektrik naqillərinə çırpılıb.

Medianews.az xəbər verir ki, hadisə 18 fevralda Yukatan ştatının Merida şəhərində baş verib.

49 yaşlı müğənni hündür platformada rəqs edərkən iki binanın arasındakı elektrik xəttini görməyib və başı ilə ona çırpılıb. Xoşbəxtlikdən, Konde xəsarət almayıb.

Karnavaldan əvvəl aktrisanın geyimində bəzi problemlər yaşanıb, lakin o, hadisəni zarafatla qarşılayıb.

Ninel Konde 2000-ci illərdə “Qanda Od” kimi populyar telenovelarda rol alıb və üç albom çıxarıb.

Medianews.az

Bizə qoşulun