Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü üçün keçirilən seçkilərdə uğursuz olub.
Medianews.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts açıqlama verib.
O, ölkəsinin 2027–2028-ci illər üçün nəzərdə tutulan yerə seçilə bilmədiyini təsdiqləyib. Merts bildirib ki, Almaniya məqsədinə çata bilməyib, lakin seçilən ölkələri təbrik edib.
BMT Baş Assambleyasında keçirilən səsvermə nəticəsində Avstriya, Portuqaliya, Zimbabve və Trinidad və Tobaqo yeni qeyri-daimi üzvlər seçilib. Almaniya isə namizədlər arasında olsa da, yer qazana bilməyib.
Medianews.az