Medianews.az
Məktəbdə yandırılan yeniyetmə ilə bağlı yeni məlumat yayıldı-
76 baxış

Məktəbdə yandırılan yeniyetmə ilə bağlı yeni məlumat yayıldı- VİDEO

Yasamal rayonu ərazisində yerləşən 286 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında yaranan mübahisə qanlı münaqişəyə çevrilib.

Hadisə bu gün səhər saat 10:15 radələrində qeydə alınıb. Doqquzuncu sinif şagirdlərindən biri həmyaşıdının üzərinə spirt tökərək alışqanla onu yandırıb. 2011-ci il təvəllüdlü yeniyetmə ağır vəziyyətdə təcili yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıya başın, üzün, boynun və gövdənin müxtəlif nahiyələrinin II-III dərəcəli yanığı diaqnozunu qoyublar. Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilən şagirdin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü yeniyetmə saxlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəb rəhbərliyi hadisə ilə bağlı aidiyyəti qurumları və valideynləri məlumatlandırıb. Hazırda təhsil ocağında psixoloqlar şagirdlərlə dəstəkləyici işlər aparır, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.(Musavat.com)

Bizə qoşulun