Medianews.az
Medvedev:
79 baxış

Medvedev: "Polşanın iki yolu var"

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşanın gələcəyi ilə bağlı sərt açıqlama verib.

Medianews.az xəbər verir ki, o bildirib ki, Polşanın iki yolu var: ya Almaniyanın vassalı olmaq, ya da Rusiyanın tərəfdaşı kimi çıxış etmək.

Medvedevin sözlərinə görə, Almaniyanın yenidən silahlanması Polşada narahatlıq doğurmalıdır, çünki iki ölkə arasında tarixi gərginliklər hələ də qalmaqdadır. O, həmçinin iddia edib ki, NATO-nun “Steadfast Dart 26” hərbi təlimlərində Polşanın iştirak etməməsi diqqət çəkir.

Rusiya rəsmisi əlavə edib ki, Avropada siyasi vəziyyət dəyişir və Polşa bunu düzgün qiymətləndirməlidir.

Medianews.az

Bizə qoşulun