Medianews.az
Medianews.az-dan
251 baxış

Medianews.az-dan açıqlama

Bəzi kütləvi informasiya vasitələrində olduğu kimi, Medianews.az saytında da Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatlarla bağlı material yayımlanıb.

Sözügedən materialda  ötən tədris ilində Azərbaycanda 200 tələbənin vəfat etdiyi açıqlanıb.

Medianın İnkişafı Agentliyinin (MEDİA) məsələ ilə bağlı yaydığı açıqlamadan sonra həmin material və onun təqdimat forması yenidən nəzərdən keçirilib.

Aparılan araşdırma nəticəsində xəbərin məzmununda deyil, başlığın seçilməsində müəyyən qüsura yol verildiyi aşkar olunub. Bununla əlaqədar olaraq başlıq daha dəqiq ifadə ilə əvəz edilib. Qeyd etmək istəyirik ki, Medianews.az hər zaman dəqiq, qərəzsiz və peşəkar jurnalistika prinsiplərinə sadiq fəaliyyət göstərib və bundan sonra da həmin prinsipləri rəhbər tutacaq.

Baş vermiş nöqsan redaksiya daxilində ciddi şəkildə müzakirə olunub, materialın hazırlanmasına məsul olan əməkdaş barəsində müvafiq intizam tədbiri görülüb və ona ciddi xəbərdarlıq edilib.

Eyni zamanda redaksiya daxilində faktların yoxlanılması, statistik məlumatların təhlili və təqdimatı ilə bağlı nəzarət mexanizmlərinin daha da gücləndirilməsi barədə qərar qəbul olunub. Gələcəkdə oxşar halların təkrarlanmaması üçün əlavə redaksiya prosedurları tətbiq ediləcək.

Medianews.az olaraq oxucularımızın etimadını yüksək qiymətləndirir, yaranmış vəziyyətlə bağlı anlayış göstərən hər kəsə təşəkkür edir və bir daha bildiririk ki, ictimai əhəmiyyət kəsb edən məlumatların dəqiq və məsuliyyətli şəkildə çatdırılması fəaliyyətimizin əsas prioritetidir.

Bizə qoşulun