Argentina millisinin hücumçusu Lautaro Martines 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra emosional paylaşım edib.
Medianews.az-ın məlumatına görə, Martines bildirib ki, komanda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlsə də, bu dəfə titul qazanmaq mümkün olmayıb. O, argentinalı olmaqdan qürur duyduğunu vurğulayıb.
Hücumçu final görüşündə ehtiyat oyunçular skamyasında qaldığını xatırladaraq, komandaya meydanda kömək etmək istədiyini, lakin bunun baş tutmadığını deyib.
Lautaro, həmçinin mundial boyunca komandaya dəstək olan və onları tək qoymayan bütün azarkeşlərə təşəkkür edib.
Medianews.az