Medianews.az
Marneuli bazarında öldürülən azərbaycanlının
198 baxış

Marneuli bazarında öldürülən azərbaycanlının kimliyi bilindi - VİDEO - FOTO

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında ata və oğlu güllələnib.

Milli.Az xəbər verir ki, güllələnən gənc xəstəxanada həyatını itirib. Onun kimliyi açıqlanıb. Vəfat edən şəxs 27 yaşlı Sahib Bayramov olub. Mərhumun atasının vəziyyəti isə ağır olaraq qalır. 

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə istintaq aparılır.

Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. 

Həmin görüntüləri təqdim edirik:

Bizə qoşulun